Türkiyə hökuməti İzmir və İstanbulda gözlənilən güclü zəlzələlər əleyhinə tədbirlər planlaşdırıb. Bu barədə Ekologiya və şəhərsalma naziri Murat Kurum xəbər verib. Onun sözlərinə görə, İstanbulda zəlzələ üçün riskli görülən binalar boşaldılaraq əvvəlcədən müəyyən edilmiş ərazilərə köçürüləcək. Eyni zamanda Yıldız Texniki Universitetinin professoru Doktor Əli Koçak bunun təxminən 100-150 min bina olduğunu qeyd edib. “İstanbul Böyükşəhər […]
Saxada (Yakutiya) suyun üzündə sanki buz çiçəklər açıb. Bu təbiət hadisəsi olduqca nadir hallarda baş verir. Adətən, buz çiçəklər şaxtalı gecələrdə hava və suyun temperaturunda böyük fərq olanda görünür. Soyuq hava ilə təmasda olan su buxarı qəfil və kəskin şəkildə soyuyaraq yenidən kristallar şəklində suyun səthində kondensasiya olunur. Nəticədə belə gözəl güllər göz oxşayır. Mənbə: […]
Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verdikdən dərhal sonra Roma Əsasnaməsinin ratifikasiyasını təsdiqləyən Ermənistan Konstitusiya Məhkəməsinin qərarı Rusiyada müzakirə fırtınasına səbəb olub. Xatırladaq ki, Roma Əsasnaməsi BCM-in əsasında fəaliyyət göstərən sənəddir. Ermənistan Konstitusiya Məhkəməsi Roma Əsasnaməsində təsbit edilmiş öhdəliklərin “Ermənistan konstitusiyasına zidd olmadığını, qərarın mübahisə predmeti olmadığını və qanuni qüvvəyə mindiyini” qəbul […]