Dünya

İlon Mask pivə istehsal etməyə başladı – FOTO

Sharing is caring!


Amerikalı milyarder İlon Maskın sahibi olduğu elektrikli avtomobil istehsalçısı “Tesla” öz pivə kolleksiyasını buraxıb.

Pivə “Tesla” şirkətinin öz brendi olan “GigaBier” adı altında məhdud sayda istehsal olunub.

Hər biri 0,33 litr olan unikal dizayna malik və üç şüşədən ibarət paketin qiyməti 89 avroya başa gələcək.

“Tesla GigaBier” köhnə alman ənənələrinə uyğun olaraq hazırlanıb. Berlində istehsal olunmuş məhdud sayda pivəmizdən həzz alın. O, bizim eksklüziv kibermayamızla hazırlanıb və berqamot, sitrus və şirin meyvələrin dadlarını hiss edəcəksiniz. Hər bir şüşənin üzərində qaranlıqda parıldayan “Giga” su nişanı var”, – deyə şirkətin saytında dərc olunmuş məlumatda qeyd edilib.

Şüşənin forması Amerika şirkətinin digər məhsulunu – “Cybertruck” pikapını xatırladır. Pivə Almaniyada, şirkətin öz fabrikində hazırlanıb.

Məhdud təklif yalnız müəyyən ölkələr üçün əlçatandır. Yalnız Böyük Britaniya, Avstriya, Almaniya, İtaliya, Çexiya, İrlandiya, Belçika, İsveçrə, Danimarka, İspaniya, Finlandiya, Fransa, İtaliya, Lüksemburq, Hollandiya, Norveç, Portuqaliya və İsveç sakinləri “GigaBier”i dada biləcəklər.

Mənbə: Theins.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir