Mədəniyyət

Dünyanın ən məşhur rejissoru barədə komiks çəkilir – FOTO

Sharing is caring!


“Titan Comics” Hollivud kinorejissoru Kventin Tarantino haqqında qrafik roman hazırlayacaq.

Komiks “Quentin By Tarantino” adlanacaq, xüsusi diqqət isə rejissorun karyerasına yetiriləcək. Əsərin müəllifi “Amazing Améziane” olacaq.

Qrafik romanın süjetində Tarantinonun “Spaghetti Western” alt janrına olan sevgisindən, karyerası boyu yazdığı ikonik kadrlarından və dialoqlardan bəhs edəcək.

Qeyd olunur ki, komiksdə rejissorun həyatından bir çox heyrətləndirici məqamlara da yer ayrılacaq.

Xatırladaq ki, bir müddət əvvəl Tarantino “Marvel” filmlərindən təsirlənmədiyini etiraf edib.
Onun sözlərinə görə, belə filmlərdə rol alan aktyorları kino ulduzu adlandırmaq olmaz. “Kapitan Amerika bir ulduzdur. Tor bir ulduzdur. Bu filmlərin qəhrəmanları ulduzlardır, aktyorlar deyil”, – deyə rejissor bildirib.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir