Xeberal.az
Oxşar Xəbərlər
Bakıda “KamAZ” minik maşınına çırpıldı – FOTO
Paytaxtın Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi olub. APA xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb. Belə ki, “KamAZ” markalı yük maşınının sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini “Priora” markalı minik maşınına çırpıb. Nəticədə idarəetməni itirən minik avtomobilinin sürücüsü maşını digər avtomobilə çırpıb. Qəzada “Priora” markalı minik maşınına ciddi ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb ediliblər. […]
Millimizin sabiq baş məşqçisi vəfat etdi
Azərbaycan boksuna ağır itki üz verib. Milli komandamızın sabiq baş məşqçisi Məmməd Eyvazov 69 yaşında vəfat edib. Məmməd Eyvazov 17 noyabr 1951-ci ildə dünyaya gəlib. O idman sahəsində fəaliyyəti müddətində Azərbaycanın əməkdar məşqçisi, fəxri bədən tərbiyəsi və idman işçisi, Azərbaycanın əməkdar idman xadimi, Prezident təqaüdçüsü və “Tərəqqi” medalları ilə təltif olunub. Uzun illər (2001-2008-ci illər) […]
İranda müəmmalı qətl: Məşhur rejissoru kim öldürüb? – VİDEO
Oktyabrın 15-i gecə saatlarında İranda bütün ölkəni şoka salan və beynəlxalq aləmdə də rezonans doğuran dəhşətli qətl hadisəsi baş verib. Məşhur kinorejissor Dariyuş Mehrcuyi və onun həyat yoldaşı Vəhidə Məhəmmədifər Kərəc şəhərinin yaxınlığında yerləşən Meşkinabad qəsəbəsindəki evlərində çoxsaylı bıçaq zərbələri ilə öldürülüblər. Yerli vaxtla saat 22 radələrində evə gələn rejissorun qızı qanlı qətl səhnəsi ilə […]