Şəkidə 63 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Baş Layısqı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1960-cı il təvəllüdlü Gülbahar Hüseynova yaşadığı evin həyətində yıxılaraq başından xəsarət alıb.
O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Məlumatlara görə, G.Hüseynova 1 həftə əvvəl ürəyindən əməliyyat olunub və onun ürəyinə stent qoyulub.
Samir İsayev
Xeberal.az