Sosial şəbəkələrdə hiddət doğuran görüntülər paylaşılıb.
Görüntülərdə iki kişi (ehtimal olunur ki, MKTB-nin rəsmilərindəndir) xadimə qadına yol kənarındakı bordürləri silmək göstərişi verir.
Yaşlı qadın da əyilərək səki daşlarını silməyə başlayır.
Kadrların harada çəkildiyi dəqiq məlum deyil. Ancaq sosial şəbəkə istifadəçiləri Tovuz şəhərində divarların belə rəngləndiyini bildirirlər.
Kadrlarda görünən beş avtomobildən ikisinin dövlət qeydiyyat nişanı da (Az60) Tovuz rayonuna məxsusdur.