Cəmiyyət

Əməkdar artistin vəziyyəti ağırdır

Sharing is caring!

Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilən Əməkdar artist Rəhman Rəhmanovun vəziyyəti ağır olaraq qalır.

Yenicag.az-a açıqlama verən aktyor R.Rəhmanov vəziyyətinin ağır olduğunu, hələ də yaxşılaşmadığını bildirib.

“Məni dünən ağır vəziyyətdə xəstəxanaya çatdırıblar. Analizlər götürülüb, müayinələr aparılıb. İlkin diaqnoz olaraq, mədəaltı vəzimdə problem olduğu deyilib. Ancaq xəstəliyim tam dəqiqləşdirilməyib.

Ağrılardan çox əziyyət çəkirəm. Vəziyyətim yaxşı deyil”, – deyə R.Rəhmanov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir