Dünya

Belarus xüsusi təyinatlı dəstəsini Türkiyəyə göndərib

Sharing is caring!

Belarus Fövqəladə Hallar Nazirliyinin “Zubr” xüsusi təyinatlı dəstəsini zəlzələnin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün Türkiyəyə göndərib.

Bu barədə bazar ertəsi ölkənin xilasetmə idarəsi məlumat yayıb.

“Dağılmış binalarda xilasetmə işlərinin aparılması üçün BMT-nin beynəlxalq standartlarına uyğun sertifikatlaşdırılmış Fövqəladə Hallar Nazirliyinin “Zubr” respublika xüsusi təyinatlı dəstəsi Türkiyəyə göndərilib. Axtarış-xilasetmə əməliyyatları aparılır”, – deyə məlumatda bildirilir.

Bazar ertəsi səhər Belarus Prezidenti Aleksandr Lukaşenko Fövqəladə Hallar Nazirliyinin rəhbəri Vadim Sinyavskini hesabatla qəbul edib, ona Türkiyəyə və Suriyaya xilasedici dəstə, eləcə də zəlzələ bölgələrinə humanitar yardım yükü göndərməyi tapşırıb.

Belarus Xarici İşlər Nazirliyi bildirib ki, respublikanın Türkiyə və Suriyadakı səfirlikləri milli səlahiyyətli orqanlarla daimi əlaqə saxlayır. Zəlzələ nəticəsində ölən və yaralanan Belarus vətəndaşları barədə məlumat yoxdur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir