Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən Günel Səfərova, Musayev Elşad və digər namizədlərin müraciətinə baxılıb.
MSK üzvü Qabil Orucov bildirib ki, müraciətlər eyni seçki məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilib: “Müraciətdə bəzi seçki məntəqələrində seçicilərin sayının az olmasına baxmayaraq, komissiya üzvləri tərəfindən seçici sayının süni şəkildə artırılması, müşahidəçilərə müşahidə aparmağa imkan verilməməsi qeyd olunub. DSK-nın araşdırma materialları da müraciətə əlavə edilib. Araşdırma zamanı müraciətdə təqdim edilən faktlar təsdiqini tapmayıb. Ona görə də təklif edirəm ki, DSK-nın qərarı qüvvədə saxlanılsın”.
- Orucov əlavə edib ki, sosial şəbəkələr vasitəsilə yayılan görüntülərdə 31 və 35 saylı seçki məntəqələrində mübahisələndirilən məsələlər təsdiqini tapdığından bu məntəqələrdə seçkilərin nəticəsi etibarsız sayılmalıdır.
Müraciət MSK-nın iclasında müzakirəyə çıxarılıb və şikayətin qismən təmin edilməsi ilə bağlı qərar qəbul edilib. Qərarda 31 və 35 saylı seçki məntəqələrində səsvermənin nəticəsi etibarsız hesab edilib.