Avropa İttifaqı (Aİ) Azərbaycana başsağlığı verib
Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin mətbuat katibi Peter Stano sosial şəbəkə hesabında yazıb.
“Azərbaycanın İrandakı səfirliyinə hücumu, diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir”, – deyə o qeyd edib.
Peter Stano həlak olan şəxsin ailəsinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb və obyektiv istintaqın aparılacağını, cinayətkarın məsuliyyətə cəlb olunacağına ümid etdiyini bildirib.
Aİ Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı XİN və Azərbaycan xalqına başsağlığı verir. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. https://t.co/smY4fYzOeG
— Peter Stano (@ExtSpoxEU) January 27, 2023
Xeberal.az