Mingəçevir şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılov büdcədən maliyyələşən təşkilatların bütün işçilərinə qeyri-qanuni göstəriş verib. Bu barədə sakinlər məlumat verib. Məlumatda bildirilir ki, icra başçısı ütün təşkilatlara, xüsusən də təhsil işçilərinin qeyri-iş günləri işdə olmasını tapşırıb: “Orta məktəblər, kolleclər, hətta uşaq bağçalarındakı bütün işçilər fevralın 8-i və 9-u- şənbə və bazar günləri saat 9:30-dan işdə olmalıdırlar. Bununla bağlı bütün müəssisə rəhbərlərinə icra başçısı tərəfindən tapşırıq verilib. Hətta müdirlərə bildirilib ki, işçilər həmin günlərdə işə gəlmək və getmək vaxtları barədə tabel imzalamalıdırlar. Hazırda bütün müəssisələrin əəkdaşları işdədirlər. Bağçalarda, məktəb və kolleclərdə işçilərdən başqa heç kim yoxdur. Şagirdlər üçün dərs yoxdur, bağçalarda uşaqlar yoxdur, amma müəllimlər, tərbiyəçilər və texniki işçilər hamısı işdədirlər. Hazırda hamıya göstəriş verilir ki, sabah, yəni seçki günü hamı bir nəfər kimi səsvermədə iştirak etməli, deputatlığa namizəd Aydın Mirzəzadəyə səs verməli, səs verdiyi bülletenin şəklini çəkib rəhbərinə təqdim etməlidir. Şənbə və bazar günləri işə gəlməyən və Aydın Mirzəzadəyə səs verməyən işçi kimliyindən asılı olmayaraq işdən qovulacaq. Cənab prezident göstəriş verib ki, işçini 8 saatdan artıq işlədən şəxs məsuliyyətə cəlb olunmalıdır, amma icra başçısı dövlət başçısının bu göstərişinə zidd olaraq işçiləri qeyri-iş günləri işə çağırır”. Məlumata görə, hazırda Mingəçevir şəhərində dövlətdən maliyyələşən bütün qurumların əməkdaşları, hətta xadimə və digər texniki işçilər iş başındadırlar.
Oxşar Xəbərlər
Bakıda tramvay xətləri çəkiləcək küçə və prospektlər – XƏRİTƏ + FOTO
Nəqliyyat üzrə ekspert, mühəndis Azər Axundov Bakı şəhərinin 2040-cı ilədək təsdiq edilmiş Baş İnkişaf Planının məlumatlarına əsaslanaraq, Baş Planda tikintisi nəzərdə tutulan paytaxtın gələcək tramvay xətlərinin xəritəsini hazırlayıb. Caliber.Az xəbər verir ki, təqdim olunan xəritədə gələcək xətlərin sxemi əks olunub. Ən uzunu Bakı buxtasının sahili ilə – Bibiheybət qəsəbəsindən başlayaraq Mikayıl Useynov, Neftçilər və 8 […]
“Həyətin içində də maşına cərimə yazarlarmı?” – Aybəniz Haşımova BNA-nı tənqid etdi
Əməkdar artist Aybəniz Haşımovanın avtomobili Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələnib. XəbərAl.az xəbər verir ki, Aybəniz Haşımova mövcud duruma sosial şəbəkədə etiraz edib. O bildirib ki, Bakı Nəqliyyat Agentliyi onun avtomobilini həyətində cərimələyib. “Bunların əlindən zara gəlmişəm. Az qalır ki, evin qarajindan da gəlib maşına cərimə yazsın. Bu nə biabırçılıqdır. Girib həyətin içində də maşına cərimə yazarlarmı? […]
Roma Papası İranda etirazçıların edamını pislədi: “Ölüm cəzası dövlət ədaləti üçün istifadə edilə bilməz”
Dünya katoliklərinin lideri Papa Fransisk İran rejiminin etirazçıları edam etməsini tənqid edib. Bu barədə “Azad İran” “Telegam” kanalı məlumat verib. “Ölüm cəzası dövlət ədaləti üçün istifadə edilə bilməz. Çünki bu, məhdudlaşdırıcı faktor deyil və qurbanlar üçün ədaləti təmin etmir, yalnız qisas istəyini artırır”. O, Milad bayramı münasibətilə etdiyi çıxışında ilk dəfə olaraq İranı “barışığa” çağırıb. […]