106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizədliyini irəli sürmüş Mehriban Məmmədova Qazax rayonunda anadan olub. O, Bakı Dövlət Universitetinin filologiya fakültəsini, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. İlk fəaliyyətini Az.tv-də teleaparıcı kimi başlayıb.”42-ci Paralel” ictimai-siyasi, elmi-kütləvi jurnalın baş redaktoru, Lider Tv-də “Nə düşünürsən?” verilişinin layihə rəhbəti və aparıcısıdır. Biz jurnalist komandası olaraq ölkə əhalisinin bütün problemlərini və onun həll yollarını bilirik! Prezidentin islahatlar çağırışına uyğun olaraq problemlərin qarşıdakı beş ildə həll olunmasını istəyirsinizsə, bizə – Mehriban Məmmədovaya səs verin! Biz bilirik ki, ölkə əhalisinin sosial müdafiəyə ehtiyacı olan zümrəyə layiqli dövlət qayğısı azdır, əhalinin işsizlik problemi var, bölgələrdə iqtisadiyyat zəif inkişaf edir və s. Bütün bu problemlərin qısa müddətdə həlli üçün dövlətin güclü potensialı var. Sadəcə, bu potensialdan istifadə üçün güclü qanunvericilik bazasına, tələbkar millət vəkili və texnokrat kadrlara ehtiyac var. Xalqın formalaşdıracağı yeni parlament məhz bu tələblərə cavab verməlidir. Ona görə də seçicilərimiz diqqətli olmalı, gələcəyinə səs verməlidir! Sizi Mehriban Məmmədovaya səs verməyə – gələcəyinizə səs verməyə çağırırıq!
Oxşar Xəbərlər
Azərbaycan və Rusiya sənaye parkları sahəsində əməkdaşlıq edəcək
İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev Rusiyanın Stupina Quadrat Xüsusi İqtisadi Zonasının rəhbəri Yekaterina Yevdokimova ilə görüşüb. Oxu.Az xəbər verir ki, görüşdə Azərbaycan və Rusiya arasında sənaye parkları sahəsində əməkdaşlığın qurulması, sənaye parklarının Femoza İqtisadi Zonaların Beynəlxalq Birliyinə üzvlük imkanları müzakirə edilib. Birliyə üzvlük çərçivəsində vahid elektron məlumat bazasinın yaradılması məsələləri barədə […]
Nazir 150 mindən çox müəllimi təbrik edib
Elm və təhsil naziri Emin Əmrullayevin adından 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə 150 mindən çox müəllimin telefonuna təbrik mesajı göndərilib. Təbrik mesajını təqdim edirik: “Dəyərli Azərbaycan müəllimi! Övladlarımızın işıqlı gələcəyi naminə fədakar əməyinizə görə Sizə təşəkkür edir, şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram. Beynəlxalq Müəllimlər Gününüz mübarək!” Xeberal.az
Əldə edilmiş uğurlar sayəsində
ölkəmizin beynəlxalq nüfuzu artır
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dövlətimizin başçısı giriş nitqində hesabat dövründə ölkəmizin bütün sahələrdə uğurla inkişaf etdiyini, bunu indiyədək qazanılan müsbət nəticələrin davamı kimi qiymətləndirdiyini bildirib. Ölkə rəhbəri müharibədən ötən bir ilin əlamətdar olduğunu, düşməndən təmizlənən torpaqlarda bərpa işlərinin uğurla həyata keçirildiyini, Vətən savaşı nəticəsində bölgədə […]