Türkiyənin məşhur seriallarından biri olan “Aşk-ı Memnu”nun filmi çəkilir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, filmdə yeni aktyorlar iştiraqk edəcək.
Əldə olunan məlumatlara görə, “Aşk-ı Memnu”nun “Nihal” obrazını gənc aktrisa Helin Kandemir canlandıracaq.
Qeyd edək ki, “TAFF Pictures”in imzaladığı filmdə “Bihter” obrazını isə məşhur aktrisa Farah Zeynep Abdullah canlandırır.