Cəmiyyət

Balakəndə yanğın: FHN əməkdaşı xəsarət aldı

Sharing is caring!

Balakəndə yaşayış evi yanıb, yanğınsöndürən xəsarət alıb.

“Unikal” xəbər verir ki, yanğın hadisəsi bu gün Balakən rayon Yeni Şərif kənd sakini 1961-ci il təvəllüdlü Urkayev Paşa Ramazan oğluna məxsus yaşayış evində baş verib. 

Yanğın yerinə Balakən Yanğından Mühafizə Hissəsinin (YMH) yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 130 kvadratmetr olan birmərtəbəli dördotaqlı yaşayış evinin 100 kvadratmetr hissəsi içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğının söndürülməsi zamanı Balakən YMH-nin bir nəfər yanğınsöndürəni yanıq xəsarətləri alaraq Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir