Dünya

İngiltərə və Uelsdə təcili yardım işçiləri tətilə başlayıblar

Sharing is caring!

Böyük Britaniyada təcili yardım işçilərini təmsil edən həmkarlar ittifaqlarının üzvləri maaşla bağlı davam edən mübahisələrə görə bu gün İngiltərə və Uelsdə tətilə başlayıblar.

Tətillərin sabah da davam edəcəyi bildirilir.

Həmçinin, fevralın 6-da təcili yardım işçiləri Britaniyanın Milli Səhiyyə Xidməti tarixində ən böyük olacağı gözlənilən tətildə tibb bacılarını müşayiət edəcəklər.

Keçən həftənin əvvəlində müəllimlər, qatar sürücüləri və tibb bacıları da fevral və mart aylarında yeni tətillər olacağını elan ediblər.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir