16 saylı Yasamal ll seçki dairəsindən deputatlığa namizəd Ramin Əhmədov bu gün şəhid ailələrini ziyarət edib. Əvvəlcə 1-ci Alatavada 20 Yanvar şəhidi Qəniyev Mirzə Rzabala oğlunun ailə üzvlərilə görüşən R.Əhmədov, növbəti görüşünü 13-cü Nərimanov döngəsində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş Əskərov Əziz Əzizağa oğlunun ailə üzvlərilə keçirib. Görüşlərdə R.Əhmədov, Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi qayğıdan danışıb, onları narahat edən məsələlərə dövlətin daim diqqət göstərdiyini qeyd edib. Şəhidlərimizin ailə üzvləri ilə səmimi söhbət apan deputatlığa namizəd şəhidlərimizin heç vaxt unudulmayacağını vurğulayıb: “Biz onların ruhu qarşısında baş əyirik”.
Oxşar Xəbərlər
Zümrüd Bədəlova: Elvin mənim kekslərimi yeyir
Aparıcı Zümrüd Bədəlova müğənni Elvin Babazadə ilə haqqında çıxan xəbərlərə aydınlıq gətirib. O bu haqda “Xəbər ətər” verilişində danışıb. “Elvin dostluğa, çox istədiyi adamlara qarşı başqa cürdür. Sevgisini gizlədə bilmir. Xoşu gəlməyən adamlara olan kinini də gizlədə bilmir. Elvinlə bizim yaxın dostluğumuz belə insanları danışdırır. Elə insanlar var ki, deyir siz sevgilisiniz, amma gizlədirsiniz. O […]
“Azərbaycan bütün öhdəlikləri yerinə yetirib, Ermənistan isə bəhanələrlə vaxtı uzatmağa çalışır” – RƏY + FOTO
“İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış geosiyasi reallıqlar Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması üçün yeni imkanlar açıb. Azərbaycan 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatda üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Lakin Ermənistan həmişəki kimi, müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışır”. Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib. Onun sözlərinə […]
Ekspert: “Yeni geosiyasi mənzərə Azərbaycana böyük iqtisadi dividendlər vəd edir” – FOTO
“Müasir qlobal geosiyasi konyunktur Azərbaycan qarşısında böyük iqtisadi imkanlar açır”. Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli deyib. “Alovlanan regional münaqişə fonunda Avropa İttifaqı öz enerji siyasətini kardinal şəkildə dəyişməli oldu. Təchizat kanallarının diversifikasiyası “köhnə kontinent”in enerji təhlükəsizliyi doktrinasının əsas prioritetinə çevrildi. Bu, enerjidaşıyıcılarının tədarükçüsü kimi Azərbaycanın qitədəki çəkisini əhəmiyyətli dərəcədə artırmış oldu. Ölkəmiz bu gün faktiki olaraq […]