94 saylı Bərdə kənd seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş “Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri Mətanət Əsgərqızının namizədliyi qeydə alınıb.
Bu barədə təşkilat sədri sosial şəbəkədə məlumat yayıb: “Zəhmətimi çəkən hər kəsin əllərindən öpürəm. Zəhmətinizi halal edin. Etimadınızı doğruldacağam!”
Qeyd edək ki, QHT sədri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc rəqib oldu.