Dünya

Türkiyədə atların xına gecəsi oldu: Sonra da zurna-balabanla toy etdilər – VİDEO

Sharing is caring!

Türkiyənin Kocaeli vilayətində atlar üçün xına gecəsi təşkil edilib.

Xınadan sonra atların toy mərasimi olub. Bir qrup insan atlarla birlikdə rəqs edib, hətta yallı gedib.  

Kocaelinin Darıca rayonunda atçılıq klublarından birində baş tutan toy mərasimi görənləri təəccübləndirib. Klubun dişi atlarından olan “Rapunzel” və erkək at “Miltəkin”lə evləndirilib. Zurna-balabanın da ifa olunduğu toyda iki at öz həyatlarını birləşdiriblər. Toyda “Rapunzel”in başına gəlin fatası, “Miltekin”ə isə lentdən hazırlanmış kəpənək qalstuk (papyon) taxılıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir