Bələdiyyə seçkilərində rəsmi bir nəticənin elan olunmasından sonra, ortaya çıxan rəqəm sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Xətai Bələdiyyəsinə keçirilən seçkilərdə Araz Əlizadənin rəhbəri olduğu ASDP-nin təmsilçisi kimi iştirak edən Abdullayeva Səbinə Hidayət qızının 22362 səs topladığı məlum olub. Həmin dairədən namizəd olan və seçki prosesində olduqca aktiv təbliğat aparan jurnalist Sevda Zülfuqarlı Azinforum.az-a açıqlamasında bildirdi ki, bu nəticə ilə razılaşa bilməz: “Əminəm ki, heç o sayda səsi Araz Əlizadənin özü də toplaya bilməz. Hamı bilir ki, mən olduqca aktiv seçki təbliğatı aparmışam. Əminəm ki, bir çox tanıdığım, görüşlərdə təmasda olduğum adamlar mənə səs verib. Belə olan halda, necə olur ki, mən cəmi 32 səs toplayıram, ancaq heç kimin tanımadığı bir xanım isə 23 minə yaxın səs yığır? Mən layiqli məğlubiyyəti qəbul edərdim, ancaq bu fantastik və reallığa yaxın olmayan fərqlə razılaşa bilmərəm. Şəffaflığın təmin olunması üçün bütün hüquqi vasitələrdən istifadə edəcəm”.
Oxşar Xəbərlər
Prezident: “Azərbaycan artıq xarici yardımı və ya beynəlxalq kreditləri alan ölkə deyil”
İqtisadi davamlılığa gəldikdə isə Azərbaycan artıq xarici yardımı və ya beynəlxalq kreditləri alan ölkə deyil. Bunu Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib: “Bəli, biz kreditləri götürürük, lakin onları yalnız yüksək texnoloji layihələrə cəlb edirik. Eyni zamanda, biz donora çevrilmişik. Biz özümüz kredit ayırırıq. Ehtiyatlarımız isə xarici borcumuzu bir […]
Hərbçilərimiz Qarsda: Bir tikə qardaş çörəyi – FOTO/VİDEO
Türkiyə Milli Müdafiə Nazirliyi qurumun rəhbəri Hulusi Akar, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstan müdafiə naziri Cuanşer Burçuladzenin Qars vilayətində keçirilən qış təliminin yüksək səviyyəli müşahidəçi günündən görüntülərini paylaşıb. Qonaqlar ev sahibinin dəvəti ilə təlimlərdən sonra səhra xidməti bölüyünün obyektlərinə baxış keçiriblər. Daha bir maraqlı məqam səyyar soba və mətbəx bölmələrində qeydə alınıb. Burada nazir Akarın […]
Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi vəzifəsinin icraçısı ilə danışıb
Bu gün, 2023-cü il sentyabrın 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim arasında növbəti telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı regionda son vəziyyət müzakirə olunub. Nazir Ceyhun Bayramov Ermənistanın və onun tərəfindən Azərbaycan […]