Cəmiyyət

FHN tərəfindən türkiyəli psixoloqlarla birgə Naxçıvanda psixoloji yardım həyata keçirilir – VİDEO

Sharing is caring!

Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə yenidən Türkiyədən gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq FHN-in mütəxəssisləri ilə birgə psixoloji yardım işi həyata keçirir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bu çərçivədə, türkiyəli psixoloqlarla birgə yanvarın 9-dan etibarən Naxçıvan şəhərində də (ünvan: Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 116, Naxçıvan Muxtar Respublika Xəstəxanasının binası) müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlara psixoloji yardım işinə başlanılıb. Ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.

Qeyd edək ki, psixoloji yardım işi Naxçıvan şəhəri ilə yanaşı, Bakı, Gəncə, Bərdə, Xaçmaz və Cəlilabad şəhərlərində də davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir