Bu gün metronun “Sahil”stansiyasında sərnişinlər qatardan boşaldılıb.
XəbərAl.az xəbər verir ki, “Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, qatarda texniki nasazlıq olub:
“Bu gün saat 13:50-də “Sahil”stansiyasında qatarda nasazlıq olub. Dərhal texniki təlimata uyğun olaraq sərnişinlər qatardan boşaldılıb və depoya göndərilib. Nasazlığın dəqiq səbəbi bəlli deyil. Depoda qatara baxış keçirilir, nasazlığın baş vermə səbəbi müəyyən edilir”.