Son günlər ölkədə aparılan köklü islahatların bütün sahələri əhatə edəcəyi hər kəs tərəfindən müzakirə mövzusudur. Ölkə Prezidenti İlham Əliyevin son kadr islahatları da bir daha göstərdi ki, gələcək inkişaf üçün bütün addımlar atılacaq, kimliyindən asılı olmayaraq inkişafa təsir göstərən şəxslər ciddi şəkildə cəzalandırılacaq. Ümumiyyətlə, insanların ən çox narazı təbəqəsi həm də səhiyyə sahəsin əhatə edir. Son illər demək olar ki, ölkənin bütün rayon və kəndlərində fəaliyyət göstərən xəstəxanalar yenilənib, bütün avadanlıqlarla təmin olunub. Amma nə sirdirsə insanların səhiyyə barədə olan fikirləri dəyişmir ki dəyişmir. Çünki xəstəxana baş həkimləri rüşvət alır, ən ucuz dərmanları belə xəstələrin özünə aldırır, adi pambıq belə pulla satılır və sairə… Hətta bəzi rayonların baş həkimləri satdırdıqları dərmanların pulu ilə böyük biznes də qurur, istirahətlərə yollanır. Kim bu baş həkimlər? Belə baş həkimləri nədən vəzifədə saxlayırlar? Ölkə mətbuatında adı neqativlərlə dolu məsələlərdə rekord qıran , Mərkəzi Rayon Xəstəxanasının baş həkimi barədə XəbərAl.az-ın redaksiyanın elektron ünvanına maraqlı faktlar daxil olub. İlk öncə qeyd edək ki, Eıxan Ələsgərov Ağdam Rayon Ağsaqqallar Şurasının sədri Sosialist Əməyi Qəhrəmanı Sədrəddin Ələsgərovun oğludur. Elə bunun nəticəsidir ki, atasına görə, oğul baş həkimə nə icra başçısı, nə də başqa bir adam gözün üstə qaşın var demir. Daxil olan məlumatlarda qeyd olunur ki, baş həkim Elxan Ələsgərov hətta Səhiyyə Nazirliyindən gələn tapşırıqları belə ciddi qəbul etmir, “haqqlarını verirəm daha nə istəyirlər?” kimi fikirlər səsləndirməkdən belə çəkinmir. Ölkədə işsizlik probleminin tüğyan etdiyi bir zamanda “ölü canlar” saxlayan baş həkim adları olub özü olmayan insanların əmək haqqını cibinə qoymaqla yanaşı, xəstəxana otaqlarını diş həkimlərinə aylıq almaqla satır. Dövlət tərəfindən Agdam rayonununa göndərilən dərmanlar baş həkimə yaxın olan apteklərdə satılır və bu pulların 30 faizi özünə, 70 faizi isə Bakıya göndərilir. Elektron ünvana gələn bəzi faktları hələlik içtimailəşdirmək fikrindən uzağıq. Çünki bu faktların hər biri ayrı-ayrılıqda araşdırma tələb edir və aidiyyatı qurumlara bu barədə ətraflı məlumatlar göndəriləcək. Sadəcə baş həkim Elxan Ələsgərov nədən hər an vəzifəsini itirməyə yaxın olan Səhiyyə naziri Oqtay Şirəliyev üçün başağrısına çevrilmək istəyir. Ölkədə aparılan islahatların fonunda Ağdam rayonunda xəstə insanlara qarşı laqeydlik nəyin təzahürüdür? Yəqin ki, nazir və ətrafındakılar bir daha baş həkimlərin fəaliyyətini araşdırmalıdır, dəyişiklik aparmalıdır. “Ölü canlar” saxlayan baş həkimlər isə həbs olunmalıdır. Bu fakt konkret cinayət məsuliyyəti tələb edir.
Oxşar Xəbərlər
Ətin qiyməti bahalaşıb? – ARAŞDIRMA + VİDEO
Son günlər sosial şəbəkələrdə quzu ətinin bahalaşması ilə bağlı məlumatlar yayılır. Ətin bir kiloqramının qiymətinin 20 manat olduğu bildirilib. Bəs iddialar nə dərəcədə əsaslıdır? Ətin qiyməti bahalaşıbmı? Satıcılar bildiriblər ki, ətin qiymətində heç bir dəyişiklik yoxdur. Qiymət heyvanın çəkisindən asılıdır. Çəki az olduqda qiymət də yüksəlir. Bu baxımdan bazarda nəinki kilosu 20 manata, hətta 22 […]
Tehranda güneyli müəllim paylaşımına görə universitetdən qovuldu – FOTO
İtanın paytaxtı Tehranda güneyli müəllim Əllamə Təbatəbai Universitetinin Sosial Elmlər Fakülətəsinin müəllimi Mehdi Xoi universitetdən qovulub. “Azad İran” “Telegram” kanalının məlumatına görə bu barədə o, “X” social şəbəkə hesabında məlumat verib. “Mən Əllamə Universitetinin sosiologiya müəllimi Mehdi Xoi. Bu günədək heç kimə rüşvət verməmişəm və Allah bilir ki, yalnız xalqa və öyrəncilərə bağlı olmuşam. Yeddi […]
Kəlbəcərdə saxlanılan erməni diversant həbs olundu – Xəbərlərin 23:00 buraxılışı
Baku TV-nin efirində xəbər vaxtıdır. İşğaldan azad edilən ərazilərdə 500-ə yaxın insan qalıqları aşkarlanıb. Dövlət Komitəsi mühüm faktlar açıqladı. Kəlbəcərdə saxlanılan erməni diversant həbs olundu. Baş Prokurorluq məlumat yaydı. Taksi fəaliyyətində 40 min manatlıq cərimə. Avtomobillə sərnişin və yük daşımalarına icazə üçün yeni qaydalar müəyyənləşdi. Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az