İqtisadiyyat Manşetüstü

Ekspertdən təklif: İslahatların ardınca…

Sharing is caring!

Yeni struktur üçün mühim addımlardan biri də məhz Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvülüyünün tezləşdirilməsidir.

XəbərAl.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov son günlər aparılan kadr dəyişiklikləri və islahatlarla bağlı danışakən deyib.

V.Bayramov bildirib ki, Azərbaycan bu təşkilatla 1997-ci ildən danışıqlar aparır, amma nəticə yoxdur:

“Azərbaycan ÜTT-ə üzv olmasa, qeyri-neft məhsullarımızın yeni bazarlara kütləvi çıxışı və eləcə də neftdən kənar sektora böyük məbləğdə sərmayə cəlb etmək çətin olacaq. ÜTT şəffaflıq və azad rəqabət deməkdir. Aqrar və xidmət sektoruna neqativ təsirləri ilə bağlı deyilənlər isə sadəcə prosesi uzatmaq məqsədi daşıyırdı. Bu məsələlərə İqtisadi və Sosial İnkişaf Mərkəzi olaraq dəfələrlər izahatlar gətirmişik. 19 ildir bu təşkilata üzv olan Gürcüstanda aqrar və bank sektoru məhv olubmu? Əksinə, Azərbaycan Gürcüstandan kənd təsərrüfatı məhsulları idxal edir və vətəndaşlarımızın bir hissəsi özlərinə Tiflisdə bank hesabı açıb”.

Xatırladaq ki, MDB-də yalnız üç ölkə ÜTT-ə üzv deyil: Azərbaycan, Belarus və Türkmənistan.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir