Dünya

Moskva-İstanbul reysi üzrə hərəkət edən təyyarədə bomba həyəcanı

Sharing is caring!

Rusiyanın ən böyük hava yolu şirkətlərindən biri olan “Aeroflot”a məxsus təyyarədə bomba həyəcanı yaşanıb.

Hadisə Moskva-İstanbul reysi üzrə hərəkət təyyarədə qeydə alınıb.

Bildirilir ki, “Boeing 737-800” tipli “SU-2130” təyyarəsi Rusiya paytaxtının “Şeremetyevo” hava limanından havaya qalxdıqdan qısa müddət sonra təyyarəyə həyəcan siqnalı verilib. Təyyarənin pilotu dərhal İstanbul Hava Hərəkətini İdarəetmə Qülləsi ilə əlaqə saxlayaraq vəziyyət barədə məlumatlandırıb.

Planlaşdırılan vaxtda təyyarə heç bir problem olmadan İstanbul Hava Limanına eniş edib və təhlükəsizliyin təmini üçün xüsusi dayanacaq sahəsinə aparılıb.

Burada polislər təyyarədə axtarışa başlayıb və bombanın olmadığı müəyyən edilib.

Mənbə: DHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir