Cəmiyyət

Bakıda dünyaya gələn dördəmlərin köməyinizə EHTİYACI VAR – VİDEO

Sharing is caring!

Bakıda dünyaya gələn dördəmlərin ailəsinin maddi dəstəyə ehtiyacı var.

Bu barədə Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində məlumat verilib.

Qeyd edilib ki, dördəmlərdən üçü oğlan, biri isə qızdır. Onlar sağlamlıqları ilə bağlı problemə görə bir müddət küvəzdə qalmalı olublar.

Uşaqların atası Turan Məmmədovun sözlərinə görə, dördəmlərin xəstəxanada müalicəsi üçün ümumilikdə 46 min manat ödəniş edib. Xərclərin bir qismini qarşılamaq üçün isə yaxınlarından borc götürmək məcburiyyətində qalıb.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir