Dünya

“YouTube” videolardan öncəki reklamların sayını artırıb

Sharing is caring!

“YouTube” istifadəçiləri videohostinqdən şikayət edirlər.

Onların fikrincə, “YouTube” videolardan öncəki reklamların sayını artırıb.

Yeniliyin sentyabr ayından etibarən müşahidə olunduğu bildirilib.

Qeyd olunub ki, hazırda videoların əvvəlində iki deyil, az qala beş reklam çarxı yayımlanır. Çox vaxt onları bir müddətdən sonra dayandırmaq da olmur, sona qədər baxmaq lazım gəlir.

Eyni zamanda, tamaşaçılar bildiriblər ki, bəzən bu reklamlar kifayət qədər uzun müddət davam edir.

Şikayətlərə cavab olaraq, “YouTube” sözçüsü etiraf edbi ki, video hostinq reklamçılara və istifadəçilərə yeni tələblər təqdim etsə də, reklamların sayında dəyişiklik etməyib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir