Təhsil

Təhsilimizin `TƏRƏQQİ`si budursa…

Sharing is caring!

Yeni tədris ilinin başlaması ilə ölkənin təhsil ocaqlarında yaradılan problemlərlə bağlı çoxsaylı şikayətlər gəlməkdədir.

XəbərAl.az AzFakt.com-a istinadən xəbər verir ki, problemi olan tədris ocaqlarından biri də Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Tərəqqi” texniki-humanitar liseyidir.

Əldə etdiyimiz məlumata görə, “Tərəqqi” texniki-humanitar liseyində sinif otaqları pulla satılır. Belə ki, tədris ili başlayan kimi liseydə fəaliyyət göstərən 2c sinifi istifadə etdiyi sinif otağından çıxarılaraq, heç bir təmiri olmayan, qapısı qırıq olan, paltar şkafı olmayan otağa yerləşdirilib.

Bəzi valideynlər iddia edirlər ki, 2c sinifinin otağı rus dili bir sinifinə satılıb. “Tərəqqi” texniki-humanitar liseyində sinif otaqlarının satışı direktorun tədris işləri üzrə müavini Mətanət Zeynalovaya həvalə edildiyi bildirilir. Liseydə bütün pul məsələlərinə Mətanət xanım nəzarət etdiyini bilməyən yoxdur.

2a sinifinin və 6-cı sinifin rəhbəri, ibtidai siniflərin “zavuçu” işləyən Mətanət Zeynalova direktor Nasim Abışovun ən yaxın adamı kimi tanınır. Valideynlərin digər narazılığı isə ibtiadi sinif şagirdlərinə məcburi qaydada test satılmasıdır. Bildirilir ki, Mətanət Zeynalovanın göstərişi ilə satış məntəqlərində qiyməti 7 manat olan testlər şagirdlərə 30 manata satdırılır.

Valideyinlər qeyd edirlər ki, şikayətləri ilə bağlı “Tərəqqi” texniki-humanitar liseyinin direktorunun qəbuluna getdikləri zaman Nasim Abışov onlara müxtəlif aşağılayıcı sözlər deyir. Direktor açıq şəkildə bildirir ki, çox şikayətçi olsalar sinifi ləvğ edib bağlayacaq. Liseydə baş verənlərlə bağlı Elm və Təhsil Nazirliyinə şikayət edəcəklərini deyən valideynlərə diektorun cavabı isə “əliniz hara çatırsa, kimə istəyirsinizsə, gedib şikayət edin…”.

Görünür Nasim Abışov himayədarlarına o qədər arxayındır ki, “Tərəqqi” texniki-humanitar liseyində baş verənlərlə bağlı Elm və Təhsil Nazirliyinə ediləcək şikayətləri belə ciddiyə almır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir