Tədbirlər

Yeni qələbələrə səs verək!

Sharing is caring!


2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP)  tərəfindən 39 saylı Gəncə ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvin Kərimzadənin Gəncə şəhər 17 saylı tam orta məktəbin akt zalında seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Azərbaycanda həyata keçirilən islahatların, sosial-iqtisadi inkişaf layihələrin ardıcıl xarakter daşıdığını diqqətə çatdırıb. Buna görə seçicilərin mütləq əksəriyyəti qarşıdan gələn parlament seçkilərində Yeni Azərbaycan Partiyasını dəstəkləyəcək.

Çıxış edən deputatlığa namizəd Pərvin Kərimzadə Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. P.Kərimzadə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident, YAP-ın Sədri İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, ölkəmizin dinamik inkişafından, son illərdə həyata keçirilən hərtərəfli islahatlardan, sosial layihələrdən danışıb.

Tədbirdə çıxış edən təşviqat qrupunun üzvləri – Eldar Mehdiyev, Afaq Qasımova, Xüsusi Təyinatlı Dəstələrin şəhid giziri Ruslan Hümbətovun atası Səlim Hümbətov və digərləri çıxış edərək, 1 sentyabr seçkilərində seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.

Görüş iştirakçıları 1 sentyabr seçkilərində bütöv və müstəqil Azərbaycanın uğurlu gələcəyi naminə YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.

Həmin gün YAP Gəncə şəhər təşkilatının qərargahında gənclərlə görüşən Pərvin Kərimzadə Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək qayğıdan söz açıb, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi ənənələrin bu gün də Prezident, YAP-ın Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

P.Kərimzadə gəncləri YAP-ın namizədlərinə səs verməyə, siyasi kampaniyada fəal olmağa səsləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir