Tədbirlər

İsmayıllıların seçimi Novruz Aslanın Gəraybəyli kəndində seçicilərlə görüşü

Sharing is caring!

XəbərAl.az xəbər verir ki, Sentyabr ayının 1 də Milli Məclisə keçiriləcək seçkilərdə 89 saylı İsmayıllı Seçki Dairəsindən namizədliyi qeydə alınmış Novruz Aslanın ( Novruzəli Davud oğlu Aslanov) təbliğat planına uyğun olaraq ikinci görüşü İsmayıllı rayonunun Gəraybəyli kəndində oldu.

Novruz Aslan görüşə gələn kənd sakinlərini salamlayaraq öz platformasından danışdı.

Sonra kənd sakinləri ilə Movruz Aslanın səmimi söhbəti oldu.

Kənd sakinləri onları maraqlandıran sualları verərək kəndin qayğılarından danışdılar. Məlumat üçün bildirək ki, təbliğat bu gündən başlayır. Novruz Aslanın bu gün üçün ikinci görüşüdür və digər kəndlərdə də görüşləri olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir