Tədbirlər

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi Qadınların cəmiyyətə inteqrasiyasında erkən nigah sindromu” Layihəsinin icrasına başladı

Sharing is caring!

XəbərAl.az xəbər verir ki, “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadınların cəmiyyətə inteqrasiyasında erkən nikah sindromu” layihəsini icra edir.
Layihənin məqsədi yeniyetmə və gənclər arasında ailə institutunu inkişaf etdirmək, ailə dəyərlərinin təbliğini aparmaq, erkən nigahların qarşısını almaqla məişət zorakılığına yox demək və onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nigaha girməsinin qarşısını almaqdır.
Layihə 3 ay müddətində Masallı, Lənkəran, Biləsuvar və Salyan rayonlarında həyata keçiriləcəkdir.
Hədəf regionlarında həyata keçirilən maarifləndirici tədbirlərdə insanlar erkən evliliyin gələcəkdə yaradacağı taleyüklü problemlər haqqında məlumat alacaqlar və anlayacaqlar ki, erkən evlilik gələcəkdə məişət zorakılığına, boşanmalara, insan alverinə, eyni zamanda narkomaniya kimi bəlalı problemlərə yola aça bilər.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir