Tədbirlər

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Sabirabad rayonunda məişət zorakılığı ilə bağlı ictimai müzakirə keçirib – Fotolar

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gender zəminində zorakılıq ilə mübarizə və ailə dəyərlərinin təbliği”layihəsinin icrası ilə bağlı Sabirabad rayonunda Ailə, Qadın və Uşaq İşləri üzrə Dövlət Komitəsinin yerli şöbələrinin iştirakı ilə yerli QHT-lər, İcma Əsaslı Təşkilatlatlar, icmanın fəal nümayəndələri, yerli hakimiyyət orqanları, polis əməkdaşlarının iştirakı ilə 28.09.2022 ci il tarixdə məişət zorakılığı ilə bağlı ictimai müzakirə keçirmişdir.
Gender zəminində zorakılıq ilə mübarizə və ailə dəyərlərinin təbliği Layihəsinin çərçivəsində keçirilən ictimai müzakirədə -Məişət zorakılığı ilə bağlı son statistik məlumatlar, məişət zorakılığının qarşısının alınması üçün atılmış addımlar, qanunvericilik, məişət zorakılığı qurbanları üçün mövcud xidmətlər, Sabirabad rayon ərazisində məişət zorakılığı halları, hazırkı vəziyyəti, ən çox baş verən formaları, səbəbləri, göstərilmiş xidmətlər və qabaqlayıcı tədbirlər müzakirə mövzusu olmuşdur. Rayon ərazisində məişət zorakılığı hallarının qarşısını almaq üçün təkliflər və birgə səylərlərin, tədbirlərin koordinasiyası müzakirə olunmuşdur.

Hörmətlə,
Expert Bəhruz Əhədov
“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir