Təhsil

Səttar Möhbalıyevin qohumu Sumqayıt Tibb Kollecinin direktoru Rəfael Eyvazovun kollecində “qış yığımı” – ŞİKAYƏT

Sumqayıt Tibb Kollecinin direktoru Rəfael Eyvazov Azərbaycan Həmkarlar Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin qohumudur.

O, qohumunun səlahiyyətlərindən istifadə edərək kollecdə öz qanunlarını hökm etdirir. Bu da təbii olaraq narazılıq yaradır.
Kollecdə təhsil alanlar R.Eyvazovun idarəçiliyindən və qeyri-rəsmi tələblərindən, rüşvət yığımından şikayətlənirlər.


Deyilənə görə, kollec direktoru bunun sayəsində biznesmenə çevrilib. O, restoranlar sahibi kimi tanınır.
Xəbərlərə görə, R.Eyvazov kollecdə “ölü canlar” da saxlayır. Bu da onun imkanlarının genişləndirir.
Məlumata görə, kollecin nəzdindəki kurslara adını yazdırıb gələ bilməyən tibb işçiləri direktora aylıq verirlər.
Bir müddət əvvəl yoxlamalar zamanı direktor şiddətli töhmət alsa da, yenə əməllərini davam etdirir. Ona görə çevrəsində danışır ki, məni ziyana saldınız.
Tələbələrin dərslərə gəlməməsi, dərslərin keçilməməsi də, təhsil ocağındakı aktual problemlərdəndir. Hətta tələbələrin dərslərə gəlməməsi Rəfael Eyvazova sərf edir. Çünki hansısa tələbə dərsə gəlmirsə, mütləq kollecin direktorunu “görür”. Axı hansısa tələbənin ona “hörmət” etməsi daha yaxşıdır, nəinki hər gün dərsə gəlməsi. Həmçinin tələbələr imtahan zamanı da incidilir. Yəni oxuyan, oxumayan heç bir fərq etmir. Heç bir tələbəyə qiymət yazılmır. Qiymət yalnız “razılaşma yolu ilə” yazılır ki, bu da təbii olaraq, tələbələrin etirazı ilə nəticələnir. Lakin bu duruma nə direktor, nə müavinləri, nə də müəllimlər əhəmiyyət vermir. Sumqayıt Tibb Kollecində bu kimi qanunsuzluqlar kifayət qədərdir. Yəni iş sadalananlarla bitmir. Məlumatlara görə, direktorun qanunsuz əməllərinə etiraz edən müəllimlər də “incidilir”. Həmçinin dərslər müəllimlərə hər dərs ilinin başlanğıcında başqa şərtlərlə verilir. Kimlər pul vermirsə, işdən çıxarılmaqla hədələnir, yaxud da dərs yükləri azaldılır. Kimlər ki, direktoru “görür”, o zaman dərs yükləri artıq yazılır.
Qeyd edək ki, Eyvazov 1956-cı ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olub.(tia.az)

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir