Tədbirlər

Ağsu rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü qeyd olunub

Xəbəral.az xəbər verir ki, Ağsu rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü qeyd olunub. Bu münasibətlə keçirilən tədbirdə rayon rəhbərliyi, partiya veteranları və fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
  Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.

Sonra Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin məzarları üstünə çiçəklər düzülüb, ruhlarına dualar oxunub.
  YAP rayon təşkilatının qərargahında keçirilən təntənəli yığıncağı təşkilatın sədri səlahiyyətlərini icra edən Əli Hüseynov açaraq bildirib ki, keçən əsrin sonlarında müstəqilliyini yenicə bərpa edən Azərbaycanda çox çətin və ağır günlərin yaşandığı bir vaxtda xilaskar kimi xalqın səsinə səs verən Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyası dövlət quruculuğu və ölkənin inkişafında çətin, şərəfli vəzifəni uğurla yerinə yetirib. Yeni Azərbaycan Partiyası sınaqlardan uğurla çıxan, böyük və şərəfli yol keçən, Azərbaycan cəmiyyətində özünə layiqli yer tutan partiyadır.
  Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək Yeni Azərbaycan Partıyasının ölkə həyatındakı fəal rolundan danışıb, ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın diqqətəlayiq nəticələr qazandığını vurğulayıb. Məhz bu inkişaf Azərbaycanı regionun ən qüdrətli ölkəsinə çevirib. Bildirilib ki, ötən il Vətən müharibəsində Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə məhz bu inkişafın, qüdrətin təntənəsidir.
Yığıncaqdakı çıxışlarda YAP rayon təşkilatının bu gün rayon həyatındakı fəaliyyətindən danışıb, bu fəaliyyətin sosial-iqtisadi, ictimai-mədəni sahələrdə uğurlu nəticələr verdiyini söyləyiblər.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir