Şou-Biznes

Bu da Brilliantın “Haqlısan”ı – VİDEO

Sharing is caring!

Xalq artisti Brilliant Dadaşova uzun müddət fasilədən sonra yeni layihəsini təqdim edib.

Bizim.Media xəbər verir ki, “Haqlısan” adlı nəğmə üçün kamera qarşısına keçən müğənni görünüşündə etdiyi dəyişikliklə diqqətləri üzərinə cəmləyib.

Saçlarını kürən rəngə boyatdıran Dadaşovanın klipi üçün xüsusi olaraq Rusiyadan model Daniel Kasyanenkoy dəvət edilib.

Klipin rejissoru Qulu Əsgərovdur. Estrada ulduzunun imici üzərində isə stilist Elnur Həsənov çalışıb.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir