Şou-Biznes

Elza Seyidcahan borcunu tələb edən həmkarına “qanmaz” dedi

Sharing is caring!

Bir müddət öncə kamança ifaçısı Elnur Salahov Əməkdar artist Elza Seyidcahandan şikayət edib, ondan almalı olduğu pulu ala bilmədiyini demişdi. Söhbət martın 28-də təşkil edilmiş konsertin pulundan gedirdi.

Həmin vaxt Lent.az-a açqılama verən müğənni bu konsertin xeyriyyə məqsədilə edildiyini bildirmişdi.

Bu gün televiziya kanallarının birində çıxış edən Elza Seyidcahan borcunu geri istəyən kamança ustasının haqqında xoş olmayan ifadələr işlədib.

“Kamança ifaçısının pulunu ödədim.  Elə dostlarım var ki, onlar məndən təmənna güdməyiblər. Amma bir balaca istedadı olanlar var ki, insanlıqdan xəbərləri belə yoxdur. Onlar qanmaz insanlardır. Bu layihələrim tarixidir. Yəni layihələrimdə kim iştirak edirsə, düşür tarixə. Sənətkar musiqiçilər çəkiliblər kənara ki, birdən onlara ödəniş edərəm. Bu isə gəlib məndən ödənişi nə zaman edəcəyimi soruşur. Deyir ki, utanırdım deməyə. Utanırdınsa, istəməyəydin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir