Şou-Biznes

“Qızım aktrisa olsa, Azərbaycandan qaçıracağam” – VİDEO

Sharing is caring!

Aktrisa Nərgiz Əliyeva müzakirələrə səbəb olacaq açıqlama verib.

Lent.az xəbər verir ki, o, "MTV Azərbaycan" verilişində qonaq olarkən, qızı barədə danışıb:

"Çox qısqanc anayam, dəhşətli dərəcədə qısqancam. Qızıma çölə-bayıra çıxmağa çox icazə vermirəm, şəkillərini çox az paylaşıram. Demək olar ki, ad günündən ad gününə şəkillərini paylaşıram. İstəmirəm ki, aktrisa, ya da müğənni olsun. Görsəm ki, ora tərəf meyllidir, onu Azərbaycandan aparacağam. Getsin, xaricdə işləsin. Burada olmasın. Mən də gedərəm onunla".

Qeyd edək ki, Nərgiz Əliyeva "Dəfnə ağacı", "Qardaşlar", "Dəmir qazan" kimi seriallarda rol alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir