Siyasət

Azərbaycan və Qazaxıstan ölkələrinin siyasi əlaqələri yeni mərhələdə – ŞƏRH

Sharing is caring!


Prezident İlham Əliyevin Qazaxıstan Respublikasına səfəri, orada yüksək səviyyədə Qazaxıstanın Baş naziri Oljas Bektenov və digər rəsmi şəxslərlə qarşılanması Azərbaycanın dünyada və bölgədə artan nüfuzunun göstəricisidir. Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportun-da dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan digər türkdilli dövlətlərlə olduğu kimi, Qazaxıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini etibarlı şəkildə davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün avqustun 8-də Qazaxıstana səfərə gedib. Bu səfərlər onu göstərir ki, bəzi ölkələrin liderlərindən fərqli olaraq Türk dünyasının liderləri çaşqınlıq yaşamır, gözləmə mövqeyi tutmur və kim daha güclüdürsə onun qanadı altına sığınmaq mövqeyindən çıxış etmirlər. Prezident İlham Əliyevin Qazaxıstan səfəri iki ölkə münasibətlərinin inkişaf etməsinə yeni təkan verəcək. Təsadüfi deyil ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin da Astanada Qazaxıstan-Azərbaycan Dostluq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu xüsusi qeyd etdi.
Xüsusi qeyd etməliyəm ki, Azərbaycanın 20-il ərizndə apardığı daxili və xarici siyasətin nəticəsində yaranan  regional təşəbbüslər ölkəmizin möhkəmlənməsinə, bölgədəki qarşılıqlı əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Dövlət başçısının yürütdüyü uğurlu xarici siyasət nəticəsində qürurla demək olar ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, və bununlada dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı.  Prezident İlham Əliyev ölkəmizin xarici əlaqələrini genişləndir-məklə, beynəlxalq arenadakı nüfuzunu artırmaqla onu həm də regionda və dünyada müstəqil xarici siyasət yürüdən ölkə, etibarlı tərəfdaş kimi tanıdıb. Dövlət başçısının uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Bunların fonunda Cənab İlham Əliyevin ən ali məqsədi müassir Azərbaycanın əbədi yaşar memarı ümummili lideri Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsi idi. Ali Baş Komandan bu vəsiyyətin yerinə yetirildiyinin məhz Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşanın işğaldan azad olunduğu günündə məruzə etməyi bir simvolik məna kəsb edirdi. Məhz müharibə və postmüharibə dövründə Qazaxıstanın nümayiş etdirdiyi birlik, dəstək və qardaşlığı iki ölkə arasında sıx münasibətlərin təzahürü idi.Bu həmdə iki qardaş ölkənin uzun illər ərzində təməli möhkəm qurulmuş bir münasibətin göstəricisidir.
Prezident İlham Əliyevin Qazaxısatan Respublikasına dövlət səfəri, Prezident Kasım-Jomart Tokayevin ilə görüşü, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər iki qardaş ölkənin münasibətlərində hərtərəfli əməkdaşlığa hesablanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verir. Hər iki ölkənin məqsədi türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir.
Azərbyacan Respublikasının  Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət ölkəmizin dostlarının və qardaş olan ölkələrinin mütləq sayını artırılmasına hesablanmışdır. 

Fərid Mustafayev
YAP Yasamal rayon ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir