Siyasət

Mövlud Çavuşoğlu: “Azərbaycanın böyük zəfərinin üçüncü ildönümünü qürurla qeyd edirik” – FOTO

Sharing is caring!


“Qarabağı işğaldan azad edən Can Azərbaycanın böyük zəfərinin üçüncü ildönümünü qürur və coşqu ilə qeyd edirik”.

Oxu.Az-ın məlumatına görə, bunu Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyənin NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Mövlud Çavuşoğlu 8 Noyabr – Zəfər Günü münasibətilə “X” hesabında yazıb.

“Əziz şəhidlərimizi rəhmətlə anır, qəhrəman hərbçilərimizə, qazilərimizə minnətdarlığımızı bildiririk. Tək millət, iki dövlət olaraq Türkiyə hər zaman Azərbaycanın yanındadır”, – deyə Çavuşoğlu vurğulayıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir