Siyasət

Media.Az-ın baş redaktoru: “Azərbaycan Qarabağın erməni sakinlərinə yaxşı həyat təklif edir” – VİDEO

Sharing is caring!


“30 ildən artıq idi ki, cinayətkar separatçı rejimin nümayəndələri Qarabağın erməni sakinlərini inandırırdılar ki, Azərbaycan düşmən ölkədir. Aparılan bu təbliğatın təsiri nəticəsində onlar Ermənistana köçürlər”.

Bu barədə CBC TV-yə müsahibəsində Media.Az informasiya portalının baş redaktoru Cəmilə Ələkbərova bildirib.

Lakin  Cəmilə Ələkbərovanın fikrincə, Ermənistanda onları heç də xoş qarşılamırlar, halbuki bunu reinteqrasiya tərəfdarı olan, daha yaxşı həyat təklif edən Azərbaycan haqqında demək olmaz.

Erməni diaspor təşkilatlarının fəaliyyətinə münasibət bildirən baş redaktor qeyd edib ki, bunlar həmin ermənilərdir ki, bütün bu illər ərzində mifik “Böyük Ermənistan” düşüncəsi ilə yaşayıb, saxta təbliğat aparıblar.

“Ermənistan tərəfinin davranışı çox vaxt məntiqsizdir, ona görə də hər hansı proqnoz vermək çətindir. Amma mən çox ümid edirəm ki, Vardanyanın saxlanması və Babayanın təslim olmaq qərarı (bu hələ Azərbaycan qarşısında öz əməllərinə görə cavab verəcək kriminal separatçı rejimin nümayəndələrinin tam siyahısı deyil) ən azı beynində ərazi iddiaları olan millətçiləri düşünməyə vadar edəcək.

Daha ətraflı videoda:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir