Siyasət

Ceyhun Bayramov BMT Baş Katibinin müavini ilə görüşüb – FOTO

Sharing is caring!


“BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Katibinin müavini və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosla görüş keçirib”.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti sosial şəbəkədə bildirib.

“BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Katibinin müavini və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosla görüş keçirib. Görüş zamanı birgə təşəbbüslər, layihələr, Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı arasında gələcək əməkdaşlıq, regiondakı vəziyyət müzakirə olunub”, – paylaşımda qeyd olunub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir