Siyasət

Azərbaycan XİN Mərakeşdə zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verdi – FOTO

Sharing is caring!


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mərakeşdə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Bu barədə XİN “X” (keçmiş “Twitter”) sosial şəbəkəsində paylaşım edib.

“Mərakeşdə baş verən zəlzələ nəticəsində insanların həyatlarını itirmələrinə dərindən kədərləndik. Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Mərakeş hökumətini və xalqını dəstəkləyirik”, – deyə paylaşımda bildirilib.

Xatırladaq ki, Mərakeşdə baş vermiş 6,9 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 632-yə çatıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir