Siyasət

Belçikanın xarici işlər naziri: “Azərbaycan və Ermənistan arasında dialoqu genişləndirmək lazımdır”

Sharing is caring!


“Maneələri aradan qaldırmaq və Azərbaycanla Ermənistan arasında dialoqu genişləndirmək lazımdır”.

“Report” xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Hadja Lahbib Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Bu, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün tarixi fürsətdir. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında danışıqlar aparılıb. Belçika Azərbaycanın bu məsələyə xüsusi diqqət yetirməsini yüksək qiymətləndirir”, – o bildirib.

Nazir əlavə edib ki, Brüssel sülhü təşviq etmək səylərini davam etdirəcək.

“Brüssel Azərbaycanı mühüm tərəfdaş hesab edir. Biz əməkdaşlığı gücləndirməkdə maraqlıyıq”, – H.Lahbib deyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir