Siyasət

General Etibar Mirzəyev Kahramanmaraşda mobil səhra hospitalında olub

Sharing is caring!

“Bu gün Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalında oldum”.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

“Hazırda hospitalda zəlzələdən zərərçəkmiş şəxslərə tibbi yardım göstərilir. Orada 41 nəfərdən ibarət həkim personalı çalışır”, – deyə nazir müavini vurğulayıb.

O bildirib ki, Kahramanmaraşa Fövqəladə Hallar Nazirliyinin (FHN) 8 təlim görmüş iti cəlb edilib:

“Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir”.

Qeyd edək ki, FHN-in mobil səhra hospitalı fevralın 9-dan Türkiyənin Kahramanmaraş şəhərində fəaliyyət göstərir.

FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 45 nəfəri sağ, 269 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir