Siyasət

“İsrail-Azərbaycan Şah-Dağ Təşkilatı”nın nümayəndələri Hindistanda seçkilərdə beynəlxalq müşahidəçi qismində iştirak edəcəklər

Sharing is caring!

XəbərAl.az – a daxil olan məlumata əsasən, “İsrail-Azərbaycan Şah-Dağ Təşkilatı”nın nümayəndələri, Beynəlxalq Hüquq Eksperti, Beynəlxalq müçahidəçi İsmayıl Zalov, Beynəlxalq müşahidəçi Tural Məmmədov və Beynəlxalq müşahidəçi Sənan Mamedov 4 iyun 2024-cü il tarixdə Hindistanda keçirilən seçkilərdə iştirak edəcəklər.

Hindistan Seçki Komissiyası aprelin 19-da başlayan ümumi seçkilərin yeddi mərhələdə keçiriləcəyini və səsvermənin bitməsindən üç gün sonra nəticələrin iyunun 4-də açıqlanacağını bildirib.

Seçki prosesi zamanı ştatlar müxtəlif vaxtlarda səs verəcəklər. Bir milyarda yaxın seçici parlamentin aşağı palatasına 543 deputat seçəcək.Hindistanın baş naziri Narendra Modi və onun Bharatiya Canata partiyası müxalifət partiyalarının geniş ittifaqına qarşı ardıcıl üçüncü müddətə namizədliyini irəli sürüb.

Sonuncu dəfə 2019-cu ildə seçkilərdə qalib gələn Modi 20-dən çox partiyanın yaratdığı müxalifət bloku ilə rəqabət aparacaq. Sorğulara görə, hakim partiyanın üçüncü dəfə ümumi seçkilərdə qalib gələcəyi gözlənilir.

Onu da qeyd edək ki, “İsrail-Azərbaycan Şah-Dağ Təşkilatı”nın nümayəndələri seçkilərin gedişi barəsində məlumatları KİV vasitəsi ilə bəyan edəcəklər.“Xezertv.info” 

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir