Siyasət

MDB-nin müşahidə missiyasının rəhbəri: “Postsovet məkanında keçirilən ən şəffaf seçki idi”

Sharing is caring!


MDB-nin müşahidə missiyasının rəhbəri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib.

Oxu.Az xəbər verir ki, brifinqdə MDB-nin Baş katibi və təşkilatın müşahidə missiyasının rəhbəri Sergey Lebedev çıxış edib.

O, səriştəli və dəqiq işə görə təşəkkür edib:

“Keçirilən prezident seçkisində MDB-nin 160-dan çox nümayəndəsi müşahidəçi qismində iştirak edib. Yalnız Ermənistan, Moldova və Ukraynadan nümayəndələr olmayıb.

İlk növbədə vurğulamaq lazımdır ki, seçicilər yüksək səviyyədə iştirak ediblər. Müşahidəçilərimiz artıq neçə həftədir ki, Bakıdadırlar. Seçki çox yüksək səviyyədə təşkil olunub. İnsanların üzü gülürdü. Azərbaycanlı seçici və müşahidəçilərlə söhbətlər aparırdım.  Hər biri çox səmimi idi.

Namizədlərin də hər biri yüksək səviyyədə təmsil olunurdu. Postsovet məkanında keçirilən ən şəffaf seçki idi. Bütün namizədlər xalqla çox səmimi söhbətlər aparırdılar. Müşahidələrimizə əsaslanaraq deyə bilərik ki, seçki azad, şəffaf və qanunlara uyğun keçirilib”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir