Media

İsfəndiyar Axundov və oğlunun polislər tərəfindən saxlanılması xəbərı doğru deyil:- Tünzalə İsmayılova

Sharing is caring!

İsfəndiyar Axundov və oğlunun polislər tərəfindən saxlanılması xəbərı doğru deyil:- Tünzalə İsmayılova


XəbərAl.az xəbər verir ki, sosial şəbəkələrdə Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundov və oğlunun polis əməkdaşları tərəfindən saxlanılması xəbərinin doğru olub, olmadığın bilmək üçün “Şərur” MTK” -nın Mətbuat Xidməti Tünzalə İsmayılova əlaqə saxladıq. O, açıqlamasında xəbərin yalan olduğunu söylədi.
Əvvala onu qeyd edim ki, “media nümayəndələri”nin qarşı tərəfin mövqeyini öyrənmədən yalan məlumat yayması jurnalistika qanunları ilə ziddiyyət təşkil edir.
Biz şirkət olaraq hər zaman Şəhid ailələrinə, qazilə hörmətlə yanaşıb, müraciət edənlərə diqqət, qayğı ilə, lazımı yardımı göstərmişik. Ancaq acınacaqlı haldır ki, bəzi “qazilər” qeyrətli oğullarımızın adından istifadə edərək, insanlığa sığmayan hərəkətlər edib, sözün əsil mənasında qoçuluq edirlər.
Məsələ ondan ibarətdir ki, “Proqress 2016″ MTK- dan ev alan zərərçəkmişlərin zərərlərinin ödənilməsi Dövlət orqanları tərəfindən “Şərur” MTK”-ya həvalə olunub. Dəymiş zərərin ödənilməsi prosesi iyirmi min manata qədər olanlar pul ilə artıq olanlar isə ev ilə təmin olunur.
Zərərçəkmiş qismində Heydarova Elnarə Qədir qızı nə pula nə də evə sahib çıxmayaraq onunla heç bir qohumluq əlaqəsi olmayan qaziləri pul müqabilində şirkətə gətirərək zorla pul tələb edirdilər. Hətda özləri ilə məsələdən bixəbər “jurnalist” də gətirmişdilər.
Qocu dəstədə olan “qazilər” Şəhid Kərimov Sənan Rəhman oğlunu anası Kərimova Ətrabə Şərif qızını və şəhid bacısı Mehtiyeva Gülnar Rəhman qızını təhqir ederək əl qaldırmaqdan belə çəkinmədilər. Vətən uğrunda oğul vermiş ana hal- hazırda Mərkəzi Klinik xəstəxanada müalicə alır. Bu nəyinki bir qaziyə bir azərbaycanlıya yaraşmayan hərəkət idi.
Polis əməkdaşlarını isə biz çağırmışdıq. Çünki gözünü qan örtmüş dəstə hər kəsə, hər yerə xəsarət yetirirdilər. Gələn polis əməkdaşlarına tabe olmadılar əlavə dəstək çağırdıq və onlarla birlikdə bir neçə şirkət nümayəndəsi də Polis İdarəsinə aparılaraq izahat verdilər. Araşdırma zamanı işçilər olmadığı üçün bir gün şirkətin işi dayandı. Və Aydınlaşdırıldı ki, gələn qazilərin heç biri nə zərərçəkmiş deyil, nə də zərərçəkmişlə uzaqdan belə qohumluq əlaqəsi yoxdur . Kimsə yollayib ki, gedin zorla pul alın. Dövlət orqanlarından xahiş edirik ki, bu cür insanlar barəsində lazımi tədbirlər həyata keçirilsin. Bu böyük cinayətdir. Başqasının əmlakına ziyan vurmaqla, hədə qorxu gəlməklə pul tələb etmək, qazi adından istifadə edərək pul tələb edirlər. Bunun qarşısını almaq lazımdır.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir