MARAQLI

Bagışla məni deputat, bağışla

Sharing is caring!

Elə bil yad planetdən gəlmişəm. Süni gülüşlər, şablon təriflər,mən isə boğuluram. Mənim işim düşüb deyə, hökmən yaltaqlanmalıyam?

Sizcə bu adam tərifə layiqdirmi?

Əslində hamı giley edir, amma hər kəs özünü xoşbəxt göstərməyə çalışır.

Belə cəmiyyətdə necə yaşayım?

Bilinmir məqsədimiz.

Tək mənəm təlxəklər içində yaşaya bilməyən?

Günlərin bir günü məni tədbirə dəvət etdilər. Tədbir də çox gözəl insanlar var idi. Şəhid anaları, qazilər, yazıçılar, jurnalistlər. Təxminən tədbirin başlamasından bir saat keçib, dedilər deputat gəlir, gəlsin sonra.

Nəhayət ‘deputat qardaş” gəlib çıxdı.

Tədbirin təşkilatçısı hamını ayağa qaldırdı ki, qalxın gəldi!!!

Mən niyə ayağa qalxmalıyam? Axı mənim yanımda oturan insanların hər biri bu vətən yolunda xidmətləri olan kəslərdir.

Doğrusu tədbirin təşkilatçısı məndən incidi. Amma ayağa qalxası insanlar var ki, onlar gələndə mən ayağa qalxa bilərəm.

Bağışla məni deputat, sən gələndə mən ayağa qalxa bilmərəm.

Sənin pulun və adamın var, mənim isə savadım…

Mən niyə sənə əyilməliyəm?

Acından ölsəm belə, tədbirinizə dəvət almasam da, mənliyimi itirməyəcəm.

Sənə mən səs vermişəm.

İnsallah növbəti seçkidə görüşərik deyib, öz-özümə təsəlli verirəm.

Dəyişən heçnə yoxdur.

Mən qocalıram işsiz gücsüz sən isə kefdəsən.

Amma mənliyimi hələ ki, qoruyuram.

Yaxşısı budur susum!

Yoxsa trollar məni söyər.

Müəllif: Mirismayıl Xələfli

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir