MARAQLI

İş adamı Emin Hüseynov görün əslində kim imiş? – Həyatının sillesi 6 yaşında dəyib (FOTOLAR)

Sharing is caring!

Barəsində tanımadan rəy yazdığımız “Quseynoff” MMC-nin sahibi, iş adamı Emin Hüseynov əslində kimdir?
Milyonçu, “tiktokçu” , “Baboş”un fanatı adlandırdığımız Emin Hüseynova həyatın silləsi hələ 6 yaşında dəyib.

Həyatının ilk silləsi 6 yaşında dəydi…

Ata və anası ayrılır, 6 yaşlı Emin və özündən iki yaş kiçik qardaşı anasının himayəsində qalır.
Atası Gəncədə tanınan və ən imkanlı şəxs olsa da ailəsini başqa bir qadına görə atır. Övladları və xanımına  isə heç bir maddi dəstək göstərmir. Əksinə onları ətrafından, evindən qovur.

Emin Hüseynovun anası övladları ilə birlikdə atası evinə gedir. Övladlarını saxlamaq üçün bütün əziyyətlərə qatlanır.

Ata sevgisindən uzaq böyüyən Emin Hüseynovun ürək dağlayan həyatı
Emin Hüseynov daha çox nənəsinin himayəsində böyüyüb.
O sonradan xalasıgilin ailəsinin yaşadığı  Rusiyanın Kaluqa şəhərinə gedir. Bu zaman Emin Hüseynovun cəmi 13-14 yaşı olub. 
Orada isə fəhləlik edərək anasına maddi dəstək olmağa çalışır. 
Yeniyetməlik dövrü fəhləliklə keçən Emin Hüseynov bacarığı və fikirləri sayəsində özünün ətrafına bir neçə fəhlə yığaraq onların üzərində dayanacağı yüngül bir iş qurur.

Gənclik çağında isə o həyatının növbəti silləsini alır. Belə ki, anasının xərçəng xəstəliyi ilə mübarizə apararaq onun da öhdəsindən gəlməyi bacarıblar, ana və oğul…
Emin Hüseynov daha sonra doğma qardaşının xəstəlik xəbərini eşidir… Lakin bu da E.Hüseynovu yıxa bilmir. Çünki o öz bacarığına inanır, bilir ki, nə vaxtsa həyat onun da üzünə güləcək…
Hüseynovun yaxın ətrafından eşitdiyimiz məlumata gorə o gənc yaşlarında bir xanıma sevir və onunla toy etmək üçün illər sonra atası ilə əlaqə saxlayır ki, ona kömək etsin …
Lakin atanın oğula cavabı, “özün nə istəyirsən et, mən sənə heç bir köməklik etməyəcəm” olur.
Bundan sonra o sevdiyi xanımla razılaşaraq  qaçırlar. 
Onların üz tutduğu yer yenə Kaluqa şəhəri olur. 
Bir müddət sonra özünə toy edən Emin Hüseynov atasına zəng edərək toyuna dəvət edir, bildirir ki, səndən heç nə istəmirəm sadəcə bir atam olaraq mənim şad günümdə yanımda olmağını istəyirəm.
Ata bu dəfə oğlunu qırmır, oğlunun toyunda iştirak edərək geri qayıdır. Lakin necə olursa bir müddət sonra ata yeni evli oğlunu, 21 yaşlı Emini  Gəncəyə gəlməsini, ona yanında iş verəcəyini deyir.
O da atasının dediklərindən sonra ailəsi ilə birlikdə doğulduğu Gəncə şəhərinə qayıdır.
Ata həqiqətən də oğlunu işlə təmin edir – Rəhbəri olduğu zavodda fəhlə işi ilə …
Hətta atasının ona təmirsiz, bərbad vəziyyətdə bir ev verir.  Emin Hüseynov atasının zavodunda etdiyi fəhləlikdən sonra həmin evə gedərək orada təmir işləri görərək ailəsi ilə birlikdə yaşaya biləcəyi vəziyyətə gətirir.
Bir müddət sonra o küçədə etdiyi bir dava səbəbindən həbsə düşüb.

O burada qərara alır ki, həbsdən çıxandan sonra öz işini qurmalıdır.
Qərara alır ki, zavod açıb şərab istehsalına başlasın.
Çünki atası da həmin işlə məşğul olub. E.Hüseynov da fəhləlik etdiyi həmin zavodda bu işin sirlərinə yiyələnmişdi.
Samux rayonunun Qarayeri qəsəbəsində “Qaraçanaq” zavodunun sahibi ilə danışaraq ona verilməsini xahiş  edib. Zavodun sahibi isə bildirib ki, bura 28 ildir işləmir və orada bir iş görmək müşkül məsələdir.
Lakin fikrindən dönməyən Emin Hüseynov zavodu sahibindən alır. Bildiri ki, gün gələcək burada adam əlindən yer olmayacaq …
E.Hüseynov orada işləyə-işləyə Göyçay Şərəb zavodunda, eləcə də Göygöl Şərəb Zavodunda paralel olaraq direktor müavini olaraq işləyir. 
Lakin hər bir zavodun bütün sorumluluğu onda olur.
Bununla da  şərab sahəsində bazarı ələ ala bilib və güclü iş adamları ilə böyük rəqabətlərə başlayıb. O rəqabət bu gün də davam etməkdədir.
Məlumatlara görə, maneə törədənlərin biri də Gəncə Şərab Zavodunun rəhbərliyi olub. Məqsəd isə Emin Hüseynovu özünün əlinin altında, zavodunda çalışırdırmaq olub.
Dəfələrlə üzərinə adamlarını göndərib, “sənə işləməyə icazə verməyəcək” deyə təhdidlər yağdırdığı deyilir.
Lakin fikrindən dönməyən E.Hüseynov Göygöl rayonunun Quşqara qəsəbəsində torpaq sahəsi alaraq  zavod tikir.
Burada heç kimdən heç bir maddi dəstək almır. Heç bir kredit götürmədən öz əziyyəti ilə buna nail olur.

Yeniyetmə yaşlarında anası gözünün önündə döyüldü 
Ata sevgisindən  nakam böyüyən E.Hüseynov təkçə 6-cı sinifə qədər məktəbə gedə bilib.
Çünki ana və azyaşlı qardaşı ilə daim köç həyatı yaşamağa məcbur olan E.Hüseynov məktəbdən də uzaq düşür.
Hətta yaxın ətrafdan eşitdiyimizə görə Emin və qardaşı qohumlarının köhnə, nimdaş hala düşmüş paltarları ilə böyüyüb.
Atasının sonra ailə həyatı qurduğu qadının ilk evliliyindən olan uşaq isə əslində Emin Hüseynov və qardaşının geyinməli olduğu yeni paltarları geyinirdi. Hətta bir dəfə vəziyyət o yerə çatıb ki, atasının ikinci dəfə evləndiyi qadın yeniyetmə Emin Hüseynovun və azyaşlı qardaşının gözü önündə anasının saçlarını yolur,  döyür və təhqir edir.
Amma bütün bunlar, qəddarlıqlar 3 nəfər qalmış ailəni məğlub edə bilmir.
İllər üzərindən keçir, artıq iş adamı kimi, dövlətinin sadiq vətəndaşı kimi ün qazanmış  Emin Hüseynova atası yardım etmədi üçün dil açır. 
Etdiklərinə baxmayaraq, ata həsrəti ilə böyümüş E.Hüseynov  Rusiyada pulsuz parasız qalan, aciz vəziyyətdə qalan atasına kömək edir və ölkəsinə gətirir.
Artıq E.Hüseynovun atasının uğrunda ailəsini atdığı qadın ikinci dəfə evlənmiş olur.
Həmin qadının ilk evlilikdən olan oğlu isə küçələrdə evsiz vəziyyətdə qalmış olur . Həyat elə gətirir ki, E.Hüseynova və qardaşına  məxsus olan ata və  onun mülkü ilə onlara hava atan oğlan dilənçi vəziyyətində küçələrdə qalır. Hətta özü də bilmədən əl açıb Emin Hüseynovdan pul dilənir…
Bir müddət sonra aciz vəziyyətdə ölən qadının oğlunun yaş mərasimi və məzar daşı Emin Hüseynov öz üzərinə götürür…

Pisliyə pisliklə yox, yaxşılıqla cavab verir. İstər atasını, istər atasının evləndiyi xanımı və oğlunu pulu və gücü ilə əzmək yerinə yaxşılıq edir. 

Xeyriyyəçilik əməlləri

Sosial şəbəkədə az da olsa dərindən axtarış etsək görərik Emin Hüseynov istər pandemiya dövründə, istərsə də  Vətən Müharibəsində  ölkənin çətin vəziyyətində dövlət başçısı cənab İlham Əliyevin çağırışı, ölkənin I vitse-Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başladılan yardım kampanyasına qoşulub,  Xalqına, millətinə öz köməyini göstərib.
Bu yardım çərçivəsində  şəhid ailələri və qaziləri də unutmayıb.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir