MARAQLI

Yaşamaq istəyib yaşaya bilmədiklərin olacaq – Namidə İsayeva

Sharing is caring!

Xəbəral.az xəbər verir ki,Tanınmış teleaparıcı jurnalist Namidə İsayeva romantik paylaşım edib.

Sözügedən paylaşımı sizlərə olduğu kimi təqdim edirik.

Hər gün bir səbəb tapıb,hər keçən gün bir başqa sev heyatı və hər geridə qoyduğun gün daha çox bağlan yaşamına.Səni sevən kəsləri sev,sənə olan sevgini sev,yaşadıqlarını və nəfəsinlə can verərək yaşatdıqlarını sev… Bir ömür xoşbəxt olacaqsan deyə bir şey yoxdur,bu gününü sev,sabaha ümid et və arzularını sev.

Yaşamaq istəyib yaşaya bilmədiklərin olacaq,əlçatmazların olacaq,səni əzən,sındıran,naümid buraxan səbəblərin olacaq,onları belə sev.Onları əslində onlar olmadan yaşadıqlarını dəyərləndirə bilməyəcəyin üçün sev…Hər zaman sevinci,xosbəxtliyi dadacaqsan deyə bir şey yoxdur,sən ən yaxşısı öz kədərini belə sev ki,gözündə hər şey bənzərsiz bir dəyər qazanmış olsun…yıxıldınsa qalxmağını,ağladınsa gülməyini,kədərləndinsə arxasında gələcək daha böyük sevincini sev…çünki hər şey ancaq və ancaq daha gözəl olmağa məhkumdur!

Namidə İsayeva “Nizami Tibb Mərkəzi”nin İctimaiyyətlə əlaqələr və mətbuat rəhbəri 

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir