MARAQLI

Könül İsmayılova: Dilimiz çox zəngin və ahəngdar dildir

Sharing is caring!

1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Yeni əlifbanın tətbiqi müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biridir. Ulu Öndər Heydər Əliyev Azərbaycan dili haqqında belə fikir səsləndirmişdi: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.

Dil millətin simasını səciyyələndirən amillərdən biridir və xalqın milli sərvətidir. Eyni zamanda dil hər bir xalqın varlığının əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Xalqımız üçün ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.

Könül İsmayılova Nizami rayon icra hakimiyyətinin məsul işçisi,
MMP Siyasi şurası və İdarə heyətinin üzvü

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir